Tramp: Əlimdən gələni edəcəm ki, İranın nüvə silahı olmasın

 

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehranın nüvə silahına malik olmaması üçün İrana qarşı yeni tədbirlər görmək niyyətindədir. Trend-in məlumatına görə, İsrail baş naziri Benyamin Netanyahu ilə danışıqların yekunları üzrə mətbuat konfransında Tramp deyib: "Mənim administrasiyam İrana qarşı artıq yeni sanksiyalar qəbul edib və mən bundanda artığını edəcəm ki, İran nüvə silahını əldə edə bilməsin".

Qeyd edək ki, İrana qarşı fevralın əvvəlində ABŞ tərəfindən yeni sanksiyalar qəbul edilib.

TREND IA

09:50