Telafərin böyük hissəsi İŞİD-dən azad edildi – Şəhərdə İraq Bayrağı qaldırıldı

 

İraqın Telafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir.

Döyüşlər nəticəsində şəhərin əksər hissəsi terrorçulardan təmizlənib. Strateji məntəqə olan Telafer qalası da terrorçulardan azad edilib və qalaya İraq bayrağı asılıb. Əməliyyata rəhbərlik edən general-leytenant Abduləmir Yarullah qala ilə yanaşı, Telafer bağlarının da terrorçulardan təmizləndiyini açıqlayıb.

Suriya ilə sərhəddə yerləşən Təlafər İŞİD-in İraqda sonuncu əsas dayağı sayılır. Şəhərin azad edilməsi üçün əməliyyatlara avqustun 20-də başlanılıb. Hərbçilər Qurban bayramına - sentyabrın 1-dək Təlafəri terrorçulardan tam təmizləməyi planlaşdırırlar.
Qeyd edək ki, bölgənin İŞID terrorçu birləşmələrindən azad edilməsi həm də İraq Türkman Elinin azad olunması deməkdir. İraqın keçmiş diktatoru Səddam Hüseynin 30 illik rejimi və sonrakı dönəmlərdə bu ölkədə ən çox terrora və soyqırımlara məruz qalan toplum da məhz İraq Türkmanları olmuşlar.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:47