Şuşada toxunmuş Cümhuriyyət bayrağımız

Xudaferin.eu xəbər verir ki, Azərbaycan Demokratik Respublikasının ilk bayrağı əks olunduğu bu xalça 1926-cı ildə Qarabağda, Şuşa şəhərində toxunub.

Xalçanın üzərində ərəbcə bu şeir yazılıb:

Zikr edər cinn, mələk, həm insan:
Yaşasun dövləti-Azərbaycan.
Hürr, azadə yaşatsın hamını,
Həmhüquq olsun ər ilə nisvan.

Sonuncu sətirlərdən də görünür ki, müstəqil Azərbaycan dövlətinin yaranması ilə kişi və qadınların hüquq bərabərliyi vəsf olunur.

Bayrağın üzərində: "Azərbaycan bayrağı" yazılıb.

Bayrağın aşağısı hissəsində isə "Mir Fasih" yazısı var. Böyük ehtimal ki, bu, şeirin müəllifinin adıdır.

xudaferin.eu

01:29