Əsirlkdəki sənət incilərimizin hekayəti…

 

Azərbaycan Xalça Muzeyində Şuşanın işğalının 25-ci ildönümünə həsr edilmiş, “Əsirlikdəki incilərin hekayəti” adlı tədbir keçirilib. Tədbirdə Dağlıq Qarabağ müharibəsində ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası sərgilənib.

Xalça Muzeyinin Şuşa filialının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın dilbər guşəsi, qədim tarixi diyarımız olan Şuşanın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi haqqında söhbət aparılıb. Muzeyin direktoru, İCOM-Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, xarici ölkələrdə təkcə Azərbaycanın xalçaları deyil, digər sənət nümunələrimiz də erməni mədəniyyət nümunələri kimi təbliğ edilir.

Tədbirdə muzeyin Şuşa filialının müdiri Səbinə Əzizova, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayonu üzrə nümayəndəsi Zahid Abbasov, yazıçı-publisistlər Şəfəq Əlixanlı, Flora Xəlilzadə və başqaları Şuşanın mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında dəyərli fikirlərini, Şuşa ilə bağlı xatirələrini söyləyiblər. Sonda “Şuşanın işğalı” adlı sənədli film nümayiş olunub.

Xudaferin.eu

09:10