“Şeremetevo”da baş verimiş təyyarə qəzası

Həlak olanların sayı 41-ə çatıb

 

“Şeremetevo” hava limanından qalxandan 28 dəqiqə sonra məcburi eniş edən “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin yanması nəticəsində son məlumatlara görə, 13 nəfər həlak olub, 6 nəfər yaralanıb. 

Xudaferin.eu-nun TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb. 

Hadisə ilə bağlı yaradılmış İstintaq Komitəsi tərəfindən təyyarədə 73 sərnişin və 5 ekipaj üzvü olduğu açıqlansa da, digərlərinin taleyi barədə heç bir məlumat verilməyib. 

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Şeremetevo hava limanında təcili eniş edən “Aeroflot”a məxsus təyyarə Moskvadan Murmanska uçurmuş. 

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü ("Yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatı ilə bağlı qaydaların pozulması, iki və daha çox şəxsin səhlənkarlığı ilə nəticələnməsi") maddəsilə cinayət işi başlanılıb.

Son məlumata görə, yaradılmış İstintaqa Komitəsinə təqdim edilən sənədlər təsdiq edir ki, qəzadan 37 nəfər sağ qalıb.

Sərnişinlərdən 28 nəfərinin taleyi barədə heç bir açıqlama verilmir. Həlak olan 13 sərnişinin yanmış cəsədləri isə təyyarənin arxa hissəsində - alovun alışdığı salonda aşkarlanıb.

xudaferin.eu

08:54