Şagirdlər yer kürəsinə arzularını boyalarla nümayiş etdilər

 

Gəncə şəhər 3 saylı tam orta məktəbdə “ we love earth” adlı layihə keçirilib. Layihə çərçivəsində məktəb şagirdlərinin rəsm əsərləri sərgilənib.

Şagirdlər yer kürəsinə arzuladıqları sülhü və əmin-amanlığı, xoşbəxt gələcəyi boyalarla öz əsərlərində əks etdiriblər. Rəsm sərgisində orta məktəb şagirdlərinin çəkdikləri müxtəlif tablolar əsasən sulu boya ilə əhatələnib. Bununla yanaşı, sərgidə nümayiş olunan əsərlərin demək olar ki, hamısında azyaşlı fırça ustalarının könül duyğuları, dünyada barış, bir daha qan tökən savaşların olmaması kimi mövzular daha çox üstünlük təşkil ediblər. Demək olar ki, sərgidə nümayiş olunan hər bir tablonun özünə məxsus koloriti, rəng duyumu, kompozisiyası, ifadə olunan mövzuların bədii yorumu və həlli olduqca maraqla qarşılanmışdır. 

Cəmilə Kərimova
Gəncə

 

 

06:30