Rusiyada baş vermiş yanğında dörd nəfər yanaraq ölüb

Rusiyanın Orenburq vilayətinin Kvarkeno kəndində baş verən yanğında üç kişi və bir qadın ölüb.

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, istintaq hadisə ilə bağlı araşdırma aparır.

Yanğın aprelin 15-ə keçən gecə baş verib. Yanğınsöndürənlər yanğını söndürəndən sonra evdə 48, 54 və 55 yaşlarında üç kişinin və 48 yaşında qadının yanmış meyitini aşkarlayıblar. 

İlkin məlumata görə, evdə heç yerdə işləməyən dörd nəfər yaşayırmış.

Yanğının səbəbləri hələlik məlum deyil.

Hadisə ilə bağlı müxtəlif ekspertizalar təyin olunub.

Xudaferin.eu

16:23