Rəssamlar İttifaqında 150-dən çox fırça ustasının əsəri sərgilənəcək
Noyabrın 17-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Azərbaycanım” adlı rəsm sərgisi açılacaq. Milli QHT Forumunun və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunacaq sərgi 17 noyabr - Milli Dirçəliş Gününə həsr ediləcək.
Bu barədə sərginin təşkilatçısı Aygün İsgəndərova açıqlama verib. O bildirib ki, Elnurə İsgəndərovanın layihə rəhbəri olduğu sərgidə 150-dən çox fırça ustasının 200-dək sənət əsəri nümayiş olunacaq. Ziyarətçilər ekspozisiyada müxtəlif yaş qrupuna mənsub rəssamların və dekorativ tətbiqi sənət ustalarının əsərləri ilə tanış olacaqlar.

Xudaferin.eu
"Bakı Bürosu"
10:15
Digər xəbərlər