Quzey Kore təkləndi! Yeni sanksiyalar gəlir

 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası nüvə proqramı və ballistik raket sınaqlarını davam etdirən Quzey Koreyə qarşı sanksiyalarını artırmaq qərarını verib. Bu çərçivədə sanksiyalar siyahısına 14 şimali koreyalı şəxs və bu ölkənin 4 firması da əlavə olunub. Haqqında söhbət gedən insanlara və təşkilatlara səyahət etmək qadağası və vəsaitlərini dondurmaq qərarı tətbiq edilib.

ABŞ tərəfindən irəli sürülən və sanksiyaların artırılmasını nəzərdə tutan qanun layihəsi, 15 üzvü olan BMT TŞ tərəfindən yekdilliklə qəbul olunub. Sanksiya siyahısında Quzey  Koreyanin xaricdə casusluq əməliyyatlarına rəhbərlik edən şəxs olduğu güman edilən Ço İİ U da var.

BMT TŞ nüvə proqramı ilə bağlı 2006-cı ildən indiyə qədər Quzey Koreyə hərbi və iqtisadi sanksiyalar tətbiq edir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, səsvermədən sonra verdiyi açıqlamada BMT TŞ-nın Quzey Koreyə qəti bir mesaj göndərdiyini bildirərək deyib: “Ballistik raket sınaqlarına son qoymasanız, sanksiyalar dayandırılmayacaq”.

Haley, ABŞ-ın məsələni sülh və diplomatiya yolu ilə həll etmək axtarışına davam edəcəyini, ancaq, lazım gələrsə, fərqli yollara əl atmağa hazır olduğunu da bildirib. Çinin BMT-dəki daimi nümayəndəsi Liu Jiley isə ölkəsinin Quzey Korenin raket sınaqlarına qarşı olduğunu bildirib. Liu BMT TŞ-nın bu qərarının beynəlxalq ictimaiyyəin Quzey  Korenin nüvə silahını təkmilləşdirməsini əngəlləməyə çalışdığının göstəricisi olduğunu deyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Vladimir Şafronkov isə qərarı veto etməsə də, ABŞ-ı “düşməncəsinə addımlar” ataraq, beynəlxalq münasibətlərdə əməkdaşlığı çətinləşdirdiyi üçün qınayıb.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

09:07