Qubad İbadoğlu: “Şəxsiyyətimə və uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün!”

Tanınmış iqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu onun özünə və fəaliyyətinə qərəzli yanaşanlara müraciət edib: “Siz, ey Vətən, millət, dövlət anlayışlarına gizli nifrətini zaman-zaman büruzə verən, əlacsız qalanda son çarə kimi “Çamur at, izi qalsın” prinsipi ilə mövcudluğunu sürdürən prinsipsizlər - yalançı müxaliflər, saxta vətənpərvərlər, iqtidara yarınanlar! Qulaqlarınızı açın və eşidin: Mən təmsil olunduğum istənilən beynəlxalq və yerli platformada əsaslandırılmış müstəqil mövqedən çıxış edirəm. Mövqeyim həmişə Azərbaycan dövlətinin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsi üzərində qurulub. Şəxsiyyətimə və beynəlxalq arenadakı uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün. İlk öncə MSŞT-nin açılışının nə olduğunu öyrənin, sonra bu platformanın fəaliyyəti barədə fikir bildirin! Bilin ki, kirli təfəkkürünüzün məhsulu olan böhtan, hədyan və uydurma ssenarilər məni ali prinsiplərimdən geri döndərə bilməz və bundan sonrakı fəaliyyətimdə də müstəqil vətəndaş cəmiyyətinin maraqlarından çıxış edərək, həm təmsil olunduğum düşərgənin haqlı mövqeyini, həm də Azərbaycan dövlətinin mənafeyini müdafiə edəcəyəm!”

Qubad İbadoğlu sonda bütün sağlam müzakirə imkanlarına malik insanları noyabrın 17-də saat 13:00-14:00 aralığında Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək MSŞT ilə bağlı açıq müzakirəyə dəvət edib.
Qeyd edək ki, son zamanlar ADR Hərəkatı təşkilatına, onun rəhbərliyinə, özəlliklə də bu qurumun lideri Qubad İbadoğluna qarşı bəzən açıq, bəzən də örtülü və ya dolayı yolla çirkin çamurlar atılır. Həm bu təşkilatı, həm onun rəhbərliyini, həm də şəxsən Qubad Bəyi aşağılayan, heç bir siyasyi etikaya sığmayan hərəkətlər nümayiş etdirilir. Təbii ki, ADR Hərəkatı bütün bunlara nəcabətli və elitar bir səviyyədə dözüm nümayiş etdirir. Ancaq, bəzən proseslər elə bir axarla və ya məcrada yön alır ki, bütün bu çamurlara sinə gərmək və dözüm göstərmək insane ləyaqətinə qarşı böyük bir əzablılıq gətirir. Buna görə də ADR Hərəkatının lideri Qubad İbadoğlu belə bir müraciəti etmək zorunda qalıb.

Xudaferin.eu

10:16