Qahirə məhkəməsi Mursinin 20 tərəfdarı barədə edam hökmü çıxarıb

 

Qahirədə cinayət məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursinin 20 tərəfdarını ölüm cəzasına məhkum edib.

Misirin ən nüfuzlu qəzeti olan “Əl-Əhram“ nəşrinin xəbərlər portalında yayılan məlumata görə, məhkəmənin qərarı Misirdəki bütün ölüm hökmləri kimi, baxılmaq üçün ölkənin baş müftisinə göndərilib. Məhkəmədə baxılan iş 2013-cü il hadisələrinə aiddir. O vaxt radikalların paytaxt yaxınlığındakı polis məntəqəsinə hücumu nəticəsində 11 qanun keşikçisi həlak olmuşdu. Bu cinayət işində 183 nəfərin adı keçir. Qahirə cinayət məhkəməsi onlar barəsində 2014-cü ildə ölüm hökmü çıxarsa da, qərardan yuxarı instansiyaya şikayət verilmişdi. Digər müttəhimlər barədə məhkəmə qərarı iyulun 2-nə nəzərdə tutulur.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

19:22