Peruda daşqın qurbanlarının sayı 107 nəfərə çatıb

Peruda tüğyan edən güclü daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb.

Xudaferin.eu-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 97 nəfərin öldüyü bildirilirdi.

Təbii fəlakət 1,1 milyon insana ziyan vurub, 171 min nəfər evsiz qalıb.

Məlumata görə, təbii fəlakət “El-Ninyo” iqlim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

Xudaferin.eu

15:57