Pakistanda polis bölməsinə hücum edilib

Pakistanın şimali-qərbində Hayber-Paxtunhva əyalətinin Bannu dairəsində kamikadze-terrorçunun hücumu nəticəsində ən azı iki polis ölüb.

Xudaferin.eu bu barədə TASS-a istinadən xəbər verir.  

Səhər saatlarında naməlum şəxs Mandan yaşayış məntəqəsində minalanmış minik avtomobili polis bölməsinin darvazasına çırpıb. Nəticədə partlayış baş verib, məntəqə qarşısında keşik çəkən iki asayiş keşikçisi ölüb, sükan arxasında olan terrorçu ölüb. 

Əyalətdə fəaliyyət göstərən terror qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. 

Xudaferin.eu

16:24