Özbəkistan XİN: "Stokholm terrorçusunun İŞİD-ə qoşulduğu barədə İsveçə xəbərdarlıq etmişdik"

 

Ötən həftə İsveçin başkəndi Stokholmda terror cinayətində şübhəli olaraq həbs edilən Rahmat Akimov İŞİD terror qruplaşmasının təbliğatçılarının təsiri altında düşübmüş.

 

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov bildirib ki, Akilov internet vasitəsilə İŞİD emissralarının təbliğat toruna düşüb. Bəllidir ki, ona qarşı dini ekstremizmlə bağlı cinayət işi qaldırılıb.

Əbdüləziz Kamilov deyib: “2014-cü ildə Rahmat Akilov Stokholma gedərək tikinti obyektlərində işləməyə başlayıb. Xaricdə olarkən İnternet şəbəkəsi vasitəsilə İŞİD beynəlxalq terror şəbəkəsinin emissarları tərəfindən bu təşkilata cəlb olunub”.

Kamilov qeyd edib ki, Özbəkistan Rahmat Akimovun hüquqa zidd fəaliyyəti barədə məlumatı xüsusi xidmət orqanları vasitəsilə İsveç tərəfinə ötürübmüş. Onun öz həmvətənlərini fəal şəkildə Suriyayada döyüşlərdə iştirak eləməyə çağırdığı da bildirilib.

Ötən həftə, yəni aprelin 7-də İsveçin başkəndi Stokholmun mərkəzi küçələrindən biri olan Drottninqqatanda yük maşını piyadaların üzərinə sürülüb, dörd nəfər həlak olub, daha 15 nəfər isə müxtəlif ağırlıqlı zədələr alıb. Terror aktı törətməkdə şübhəli şəxs qismində iki nəfər həbs olunub. 39 yaşlı Akimov sükan arxasında olub. Akimov günahkar olduğunu etiraf edib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

06:25