Nazarbayev latın əlifbasına keçilməsi ilə bağlı göstəriş verib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə hökumətinə qazax əlifbasının latın əlifbasına keçirilməsinə dair göstəriş verib.

Xudaferin.eu İnterfaks-a istinadən xəbər verir ki, bu barədə “Yegemen Kazaxstan” (Müstəqil Qazaxıstan) qəzetində dərc edilən məlumatda deyilir. 

“Biz hazırlıq işlərinə başlayacağıq. Hökumət qazax dilinin latın əlifbasına keçidinin cədvəlini tərtib etməlidir. 2017-ci ilin sonuna qədər alimlərlə və ictimaiyyət nümayəndələri ilə konsultasiyalardan sonra latın qrafikalı yeni qazax əlifbasının vahid standartları hazırlanmalıdır”, - dövlət başçısı bildirib. 

“2018-ci ildən yeni əlifbanı tədris edəcək mütəxəssislər və orta məktəb üçün dərsliklər hazırlanmalıdır. Yaxın iki ildə təşkilati və metodik işlər aparmaq lazımdır”, - dövlət başçısı əlavə edib.

Xudaferin.eu

13:57