NATO-dan Qarabağ açıqlaması

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır və danışıqlarda iştirak etmir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda keçirilən NATO PA-nın plenar iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, alyans münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: “Prosesdə maraqlıyıq və bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə təşviq edirik”.

NATO-nun baş katibi bildirib ki, Alyans üçün qərar ən ali dəyərdir. O, Ermənistan-NATO və Azərbaycan-NATO münasibətlərində tərəfləri Qarabağ məsələsində NATO-ya şərt qoymamağa çağırıb.

Cebhe.info

16:48