NARAHATLIQ: Şəhərdə maskalılar gəzir, helikopterlər uçur- FOTOLAR

Bir neçə gün əvvəl Misirdə baş verən terror aktları ilə əlaqədar ölkədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Xudaferin.eu xarici mətbuata istinadən xəbər verir ki, Qahirə küçələrində üzü maskalı əsgərlər zirehli avtomobillərlə hərəkət edir, paytaxt səmasında helikopterlər uçur.

İŞİD-in boyuna götürdüyü, Tanta və İskəndəriyyə şəhərlərində terror aktlarından sonra Misir prezidenti Əbdül-Fəttah Əl-Sisi üç ay fövqaladə vəziyyət elan edib. Ölkə daxilində kritik infrastruktur obyektlərini qorumaq üçün orduya tapşırıq verilib.

Bu arada, ABŞ-ın "Associated Press" (AP) xəbər agentliyinin xəbərinə görə, İsrail Sina yarımadasının şərqində yerləşən Misirlə sərhəq Taba keçid məntəqəsini bağlayıb. 

Xudaferin.eu

20:07