Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX-2019” beynəlxalq sərgisində iştirak edəcək

Müdafiə Nazirliyindən xudaferin.eu-ya daxil olan verilən xəbərə görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisi “MILEX-2019”, həmçinin sərgi çərçivəsində keçiriləcək Hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgi mayın 18-dək davam edəcək.

 

xudaferin.eu

14:18