Müdafiə naziri ön xətdə yerləşən hərbi qulluqçularla görüşüb

 

Nazirlikdən verilən məlumata görə, Azərbaycan prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən sentyabrın 1-də cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində olublar.

 

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib. Əməliyyat şəraiti barədə məruzələri dinləyən Müdafiə naziri, bölmələrin döyüş hazırlığı səviyyəsini və döyüş növbətçiliyinin təşkilini yoxlayıb, qarşıda duran vəzifələri dəqiqləşdirib. Sonra ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram sovqatları verilib, xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparılıb.

TREND IA

09:36