Məşhur fırça ustalarının sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb

 

Azərbaycan Milli İncəsənət Muzeyində yeddi məşhur fırça ustasının sənət əsərlərindən ibarət qeyri-adi rəsm sərgisi açılıb. Sərgidə Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Faiq Əhmədov və başqa tanınmış ustaların əsərləri nümayiş olunub. Həmçinin rəssamlara xas olan şəkildə hazırlanan zərgərlik əsərləri də 3D printerdə çap olunmuş şəkildə təqdim edilib.

 

Sərgi Aysel Hüseynovanın təşəbbüsü, Azərbaycan Milli İncəsənət Muzeyinin və “247RAARE” müstəqil şirkətin dəstəyi ilə təşkil olunub. Təşkilatçılara minnətdarlığını bildirən Aysel Hüseynova deyib: “Onlar Azərbaycanın məşhur rəssamlardan - Faiq Əhmədov, Əzim Əzimzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Rasim Babayev və Səttar Bəhlulzadənin əsərlərindən bəhrələnərək yeni texnologiyalar vasitəsilə 3D formatında zinət əşyaları ərsəyə gətiriblər. Sərginin məqsədi incəsənət, moda və yüksək texnologiyaları bir konsepsiya altında toplamaq, XX əsrin azərbaycanlı rəssamlarının əsərlərini və texnikalarını zamanımızın müasir texnologiyası ilə təqdim etməkdir”, - deyə A.Hüseynova vurğulayıb.

Xudaferin.eu
“Bakı Bürosu”

09:18