Liviya neft hasilatını 2014-cü ildən bəri ən yüksək həddə çatdırıb

 

 

Liviyanın xam neft istehsalı 2014-cü ilin dekabrından indiyədək ilk dəfə sutkada 760 min barreli ötüb. Bu barədə Liviya Milli Neft Korporasiyası (NOC) açıqlama verib.

Korporasiyanın rəhbəri Mustafa Sanalla deyib: "Şirkət gələcəkdə də hasilatı artırmağı nəzərdə tutur. Ölkə iqtisadiyyatı ixrac gəlirlərinin 95 faizini təşkil edən neft sektorundan asılıdır. Bundan başqa, neft və qaz sektoru ÜDM-in 60 faizini təşkil edir".

Qeyd edək ki, 2016-cı ildə ölkənin neft gəlirləri 8,6 milyard dinara (6,1 milyard dollar) yaxın olub. Diktator Müəmmər Kaddafinin rejiminin devrilməsindən sonra, Liviya artıq dünya birliyi üçün təhlükəsiz ölkələrdən birinə çevrilməkdədir. Öncələr bu ölkə dünyada radikal islamçı terror birləşmələrinin ən çox maliyyə dəstəyi görən mərkəzlərindən biri hesab olunurdu. Diktator Müəmmər Kaddafi Liviyanın orta hesabla hər il əldə olunan 50 milyard dollarlıq vəsaitini özünün şəxsi əmlakına çevirmişdi. Liviyada 2002-2010-cu illərdə yaşanılan vətəndaş savaşının sonucu olaraq, bu gün ölkədə addım-addım siyasi və ictimai sabitlik öz yerini tapmaqdadır. Bununla yanaşı, savaş dönəmində dağdılan on minlərlə evlər, digər infrastrukturlar tamamilə bərpa olunmaqdadır. Başqa ölkələrə üz tutmuş liviyalılar isə artıq geri dönməyə başlayıblar.

 

Xudaferin.eu
“Orta Doğu Bürosu” 

 

 

10:46