«Leyli və Məcnun» yeni quruluşda

Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin «Leyli və Məcnun» poeması əsasında tamaşanın premyerası olub. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Tamaşada Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov və Polad Bülbüloğlunun musiqilərindən istifadə olunub. Bu səhnə əsəribndə əməkdar artist Elnarə Abdullayeva və xanəndə Mirələm Mirələmov muğam ifaçıları kimi, əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazımov, Nofəl Vəliyev, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova və başqaları bu tamaşada çıxış ediblər.

Xudaferin.eu

13:59