Әl Bab nәzarәt altına alınıb

 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilir ki, Suriyanın Әl Bab bölgәsinin nəzarət altına alınıb. Qeyd olunan açıqlamada o da bildirilir ki, 2017-ci il fevralın 24-dә Әl Babın bütün mәhәllәlәrinin nәzarәt altındadır.

“Fərat Qalxanı” əməliyyatının başladığı vaxtdan indiyədək 1925 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahının komandanı
Hulusi Akar rəsmi olaraq açıqlamasında Əl Bab əməliyyatının uğurla başa çatması və sonucda şəhərin radikal dini qruplaşmalar və terrorçu birliklərdən tamamilə azad edildiyini qeyd edib.

Hulusi Akar "Fərat Qalxanı" əməliyyatının idarə olunduğu Kilis əməliyyat mərkəzində çıxış edərək: " Bundan sonrakı prosesdə həyatın normallaşdırılması və yerli xalqın təhlükəsiz şəraitdə evlərinə dönmələri üçün hər növ dəstək təmin olunacaqdır" dedi.

Hulusi Akar əməliyyatın ilkin mərhələsində Cerablus Er Rai, Dabık və Suran bölgələrinin də qısa müddətdə terror təşkilatlarından təmizlənərək nəzarət altına alındığını söylədi.

Baş qərargah rəisi daha sonra Əl Bab əməliyyatının başladığını, bunun asimmetrik bir mübarizə olduğunu, ehtiyatlı bir şəkildə həyata keçirildiyini qeyd etdi.
Onu da bildirək ki, Suriyanın Türkiyə 900 km-lik sınır bölgələrində 2013-cü ildən bu yana baş verən hadisələr eyni zamanda qardaş ölkə üçün daim təhlükə mənbəyi olmuşdur. Suriyada XXI yüzilin ən qəddar qətliamlarını törədən, yüzminlərlə dinc vətəndaşın öz doğma yurdlarından dirdərgin salınması səbəb olan radikal terroçu birləşmələr həm də Türkiyə üçün böyük təhlükə mənbəyi olmuşlar. Onlar “mübaribə qaçqınları” cildinə girərək Türkiyədə son illər ərzində onminlərlə günahsız insanların ölməsinə səbəb olmuşlar. Faktiki olaraq, Türkiyənin bütün iri şəhərlərində terror eyləmləri edərək qardaş ölkəyə milyardlarla dollar dəyərində zərər vermişlər. Türkiyə Ordusu bu vəhşətlərin qarşısını almaq üçün son aylarda Suriyanın ərazisinə daxil olaraq “Fərat əməliyyatı” adı ilə geniş çaplı tərdbirlər göörməyə başlamışdır. Türkiyə Ordusunu faktiki olaraq yerli əhali böyük coşqularla xilaskar kimi qəbul edir. İslam və şəriət dövlət qurmaq adı ilə beş ildir terror siyasəti aparan radikal hərbi birləşmələrin darmadağın olunmasında qardaş ölkə indi Orta Doğunun, özəlliklə də Suriyanın əsas xilaskarına çevrilmişdir. Suriyada daxili vətəndaş müharibəsinin hər addımda alovlanması proseslərində isə ən çox fayda görən İran islam Respublikası olmuşdur. Bu barədə araşdırma aparan mütəxəssislər qeyd edirlər ki, Suriya və İraqda vətəndaş savaşlarının uzanması nəticəsində İran öz neftini dünya bazarında daha çox sataraq, əldə etdiyi gəlirləri on dəfələrlə artırmağa nail olmuşdur. Bu gəlirlərin bir hissəsi isə İraq və Suriyada “idarə olunan savaş” siyasətinə yönləndirilmişdir. Beləliklə Orta Doğu ölkələrini daxili vətəndaş müharibələri ilə təhdid yolunu tutan İran bir yandan Türkiyəni, o biri yandan isə bu ölkəni dəstəkləyən dövlətləri daim qorxu altında saxlamaq üçün çalışmışdır. Türkiyə Ordusunun Suriyada zəfərlər əldə etməsi həm də İranın Suriya və İraqdakı mövqelərinin tamamilə sarsıldılması deməkdir.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

10:33