“Kocan Kadar Konuş” filmi izlənilib

 

Gəncə “Şəhər Təşkilatı Gənclər Birliyi”nin nəzdində yaradılan “Cine Club”da Türkiyəli rejissor Kıvanç Baruönün Kocan Kadar Konuş: Diriliş filmi nümayiş olunub. Ezgi Mola ve Murat Yıldırımın baş rollarda yer aldığı film cəmiyyətin qınağından və bu qınaqlara qarşı çıxan iki gəncin sevgisindən bəhs edir. Filmdə həmçinin tanınmış aktyorlardan Hümeyra, Ebru Cündübeyoğlu, Eda Ece, Baran Erdoğan, Nevra Serezli, Gülenay Kalkan və başqaları da rol alıblar.

Komediya janrında olan film 200-dən artıq tələbə tərəfindən böyük maraqlan izlənilib.

Qeyd edək ki, “Gəncə Şəhər Təşkilatı Gənclər Birliyi”nin nəzdindəki “Cine Club”da gənclərin istəyi ilə ən çox səs toplayan film nümayiş etdirilir. “Kocan Kadar Konuş” filminin nüçayişindən sonar bildirilib ki, Gəncədə Türkiyə istehsalı olan filmlərin bundan sonra da bütün filmlər ictimaiyyətin iştirakı ilə təqdim olunacaqdır. Eyni zamanda həmin filmlərin iştirakçılarının tamaşaçılarla görüşləri də düzənlənəcəkdir.

 

Cəmilə Kərimova
Gəncə 

10:54