Kiyevdə həkimlərin etiraz aksiyası keçirilib

 

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində həkimlərin etiraz aksiyası keçirilib. Aksiyada 1000-dən artıq həkim iştirak edib.

Aksiyaçılar səhiyyə sahəsinə dövlət maliyyə yardımının artırılması, həkimlərin əmək haqqının artırılması, islahatların aparılması, səhiyyə nazirinin dəyişdirilməsi kimi tələblər irəli sürüblər. Bu aksiyadan sonra Nazirlər Kabineti ilin sonuna kimi həkimlərin əmək haqqının artırılması məsələsinə baxılacağını açıqlayıb.
Qeyd edək ki, postsovet məkanında yerləşən Rusiya, Ukrayna, Azərbaycan, Türkmənsitan, Belorus, Moldova, Ermənistan, Qırğızstan və Tacikstanda fəaliyyət göstərən həkimlər dünya üzrə ən az maaş alan zümrə hesab olunur. Ona görə də həmin ölkələrdə korrupsiya halları ən dəhşətli durumdadır. Ukraynada son illər demokratik proseslərin sürətli inkişafı ilə bağlı müxtəlif peşə sahibləri rüşvətxorluğun qarşısının alınması istiqamətində bir sıra tələblər irəli sürərək hakimiyyətin bunun üçün müvafiq tədbirlər görməsini, eləcə də həkimlərin maaşlarının artırılmasını irəli sürürlər.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

09:13