KİV: Suriya İsrailin raket hücumlarını dəf edib

Suriyanınhava hücumundan müdafiə sistemləri Dəməşq üzərində İsrail raketlərini müəyyən ediblər və onların əksəriyyətini vurulub.

Xudaferin.eu APA -ya istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, şəhərətrafı ərazilərdə şiddətli partlayışlar eşidilib.

“Bu gün saat 01:18-də düşmən işğal olunmuş Suriyanın Qolan yüksəklikləri və Qaliley məntəqəsindən Dəməşq kənarındakı bir sıra hədəflərə raket zərbəsi endirib, hava hücumundan müdafiə sistemləri hücumu dəf edib və raketlərin çox hissəsini vurub”, - deyə agentlik hərbi mənbəyə istinadən bildirib.

Xudaferin.eu

12:07