Kabulda terror aktının qurbanlarının sayı 20 nəfərə çatdı – YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabulda Ali Məhkəmənin yaxınlığında terror aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatdı. 

Xudaferin.eu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən “Reuters” məlumat yayıb. 

Qeyd edilir ki, xəsarət alan 48 nəfər xəstəxanalara yerləşdirilib. 

Daha öncə Kabulda baş verən partlayışda 12 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Xudaferin.eu

18:31