İtaliyada qaçqınlar etiraz yürüşünə çıxdılar

 

İtaliyada qaçqınlar və onlara dəstək verən qeyri-hökumət təşkilatları hüquq-mühafizə orqanlarının həftə ərzində qaçqınları qaldıqları yerdən güc istifadə edərək çıxartmağa çalışmasına reaksiya göstərdilər.

Paytaxt Romadakı Esquilino Meydanında toplaşan təxminən 5 min insan polisin ötən şənbə və cümə axşamı günü Indipendenza Meydanında və meydandakı tərk edilmiş binada qalan 100-ə qədər mühaciri çıxarmaq üçün etdiyi sərt müdaxiləsinə etiraz etdi.

Etirazçılar "Biz təhlükəli insanlar deyilik, qanuni şəkildə buradayıq" plakatları ilə yürüş edərək, dövlətin onlara terrorçu kimi davranmaqdansa, qalacaq bir yer verməli olduğunu bildirdilər. Yürüşə polisin müdaxiləsinə məruz qalan qaçqınlarla yanaşı çox sayda italyan qeyri-hökumət təşkilatı da dəstək verdi.

Xudaferin.eu
“Avropa Bürosu”

10:14