İspaniya Ali Məhkəməsi Kataloniya separatçıları haqqında qərarını açıqlayıb

İspaniya Ali Məhkəməsi Kataloniya vilayətində qanunsuz referendum təşkilinə görə vəzifəsindən kənarlaşdırılaraq həbs edilmiş şəxslər haqqında qərarını açıqlayıb.

Ali Məhkəmənin hakimi Pablo Lyarenanın çıxardığı qərara görə, Kataloniya hökumətinin keçmiş vitse-prezidenti Oriol Yunkeras, keçmiş nazir Xoakim Forn, separatçı Omnium və ANC təşkilatlarının rəhbərləri Jordi Sançes və Jordi Kunşart həbsxanada qalacaqlar. Digər keçmiş nazirlər isə 100 min avro girov müqabilində həbsxanadan buraxıla bilərlər. Lakin onlar da pasportlarını təhvil verməli, ölkəni tərk etməməli və həftədə bir dəfə məhkəməyə gəlməlidirlər. Kataloniya separatçılarının rəhbəri Karles Puçdemon və bir neçə keçmiş nazir isə hələ də Brüsseldədirlər. Dekabrın 4-də Belçika paytaxtında keçirilən növbəti məhkəmə prosesində də onların İspaniyaya təhvil verilməsi ilə bağlı qəti qərar verilməyib. Belçika məhkəməsinin dekabrın 14-də son qərarını açıqlayacağı gözlənilir.

Xudaferin.eu

"Avropa Bürosu"

 

12:25