“İçəri Şəhər” ABŞ-da mükafat aldı - “Qızıl remi”

“İçəri şəhər” bədii filmi ABŞ-ın 50-ci “Vorldfest Hyuston” Beynəlxalq Film Festivalında “Qızıl remi” mükafatına layiq görülüb.
Texas ştatının Hyuston şəhərində keçirilən festivalda filmimizi Təhminə Rafaella təqdim edib.
“İçəri Şəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Image result for “İçəri Şəhər” ABŞ-da mükafat aldı

Xudaferin.eu
 

13:20