Humanitar yardımların müvəqqəti dayandırılma səbəbi nədir?

 

BMT İraqın terror təşkilatı DEAŞ-dan geri alınan Mosul şəhərinin şərq tərəfinə “humanitar yardımların” təhlükəsizliyə görə müvəqqəti dayandırıldığını bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İraq üzrə nümayəndəsi Bruno Geddonun bildirdiyinə görə, DEAŞ-ın nəzarətindəki qərb bölgəsindən xilas edilən şərq tərəfinə hücum etməsi nəticəsində ortaya çıxan təhlükəyə görə humanitar yardım fəaliyyətləri dayandırılıb. Təhlükəsizlik qüvvələrinin məlumatlandırılması və təhlükəsizlik risklərini nəzərə alaraq belə bir qərara gəldiklərini vurğulayan Geddo detal vermədən Mosulun şərq bölgəsindəki ehtiyacı olan insanlara humanitar yardımların yaxın zamanda çatdırılacağını söyləyib.

Mosulu DEAŞ-dan xilas etmə əməliyyatının başlandığı 17 oktyabrdan bəridir xilas edilən bölgələrdə çətin şəraitdə humanitar yardım fəaliyyətlərinin davam etdirildiyini bildirən Gedda onu da deyib ki, əməliyyat başlandığı gündən indiyədək humanitar yardım fəaliyyətlərində vəzifəli 4 əməkdaş həyatını itirdi. Mosuldakı mülki vətəndaşların təcili ehtiyacları siyahısında isə “içməli su, ədyal və əsas ərzaqlar” yer tutur.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

08:50