“Huawei Mate 10” smartfonu fərdi kompüter rejimində işləyəcək

 

Təqdimatı gözlənilən qabaqcıl “Huawei Mate 10” smartfonu fərdi kompüter rejimində işləmək imkanı ilə təchiz ediləcək. Bu barədə məlumatı “MirAxess” şirkətinin direktoru Yanis Anteur təsdiq edib.

Oxşar həlli artıq “Microsoft” və “Samsung” şirkətləri təklif edir. Smartfon, həmçinin “MirAxess Mirabook” kimi “Miracast” texnologiyasını dəstəkləyən bir sıra noutbuklarla uyğunluq təşkil edəcək. “Huawei Mate 10” böyük ekranlara “Miracast” vasitəsilə “Wi-Fi” ilə qoşulmaqla xüsusi optimallaşdırılmış istifadəçi interfeysini translyasiya edəcək.

“Hazırda biz “DeX” dok-stansiyası üçün “Mirabook” birləşdirici stansiyasını “Galaxy S8” və “Continuum” üçün “Windows” sistemli smartfonlarla istifadəni tövsiyə edirik. Məndə məlumatlar var ki, oktyabrın 16-da təqdim ediləcək yeni “Huawei” smartfonları “DeX” kimi funksiyanı dəstəkləyəcək və “Mirabook” dok-stansiyasına uyğun olacaq”, - deyə şirkətin direktoru bildirib. “Huawei” şirkəti “Samsung Dex Station” birləşdirici stansiyasının oxşarı olmaqla smartfondakı təsviri “DisplayPort” çıxışı vasitəsilə böyük ekranda göstərə bilən dok-stansiyanı nümayiş etdirəcək. Bununla yanaşı, “Huawei Mate 10” təsviri əlavə aksesuarlardan istifadə etmədən “Miracast” texnologiyası vasitəsilə translyasiya edəcək ki, bu da rəqib həllərlə müqayisədə daha rahatdır.

Xudaferin.eu
“Avropa Bürosu”

11:21