Hərbi Orkestr şagirdlər üçün konsert verib

 

Gəncə Qarnizonunun Hərbi Orkestri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə konsert verib. Respublikanın əməkdar artisti, polkovnik-leytenant Rafiq Hacıyevin rəhbərliyi altında çıxış edən orkestr vətənpərvər mahnıları və musiqi nömrələri ilə şagirdlərdə xoş ovqat yaradıb. Şagirdlər orkestrin səsləndirdiyi musiqilərin sədaları altında addımlayıb, Azərbaycan, Vətən mövzularında şeirlər səsləndiriblər.

Səfər Hüseynov- 39 saylı tam orta məktəbin hərbi rəhbəri: ”Bizim məktəbin 10-cu sinifləri təşəbbüs göstərərək, Novruz bayramında sonuncu çərşənbəni N saylı hərbi hissənin əsgərləri ilə birlikdə qeyd etmişdilər. İndi isə hərbi hissə belə bir təşəbbüslə çıxış edir. Hərbi orkestr bizim uşaqlar üçün proqram hazırlayıb. Bu təbii ki, xoşagələn bir haldır. Bu bir daha göstərir ki, xalqla ordu həmrəydir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirliyinin Gəncə Hərbi Qarnizonunun “Hərbi Orkestri” hərbi vətənpərvərlik mövzusunda Gəncədəki digər orta məktəblərdə də konsert proqramları ilə çıxış etməyi planlaşdırmışdır.

Cəmilə Kərimova

Gəncə

21:57