Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında kütləvi zəhərlənmə olub.

Xudaferin.eu xəbər verir ki, 20-dən çox uşaq zəhərlənib.

Onlardan 13-ü intoksikasiya diaqnozu ilə Telavi rayon xəstəxanasına yerləşdirilib.

Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.

Uşaq bağçası araşdırmalar başa çatana qədər müvəqqəti olaraq bağlanıb.

Gürcüstanın Milli Qida Agentliyi müəssisədə araşdırma aparır.

Xudaferin.eu

20:08