Güney Korenin sabiq prezidenti tutuqlandı

 

Sabiq prezident məhkəmənin müvafiq orderi əsasında polis tərəfindən saxlanılıb.

Pak Kın Xe 13 maddə üzrə, o cümlədən rüşvətxorluqda, hakimiyyətdən sui-istifadə etməkdə və məxfi məlumatları kənar şəxslərə ötürməkdə ittiham olunub.
Qeyd edək ki, Pak Kın Xe president olduğu dönəmdə onun adı korrupsiya məsələsində hallandırılıb. Bunun ardınca ölkə KİV-lərində onun korrupsiya piramidası siyasətinin bütün çalarları üzə çıxarılıb. Bundan sonra ölkədəki Həkmarlar İttifaqları Federasiyaları və Tələbə Hərəkatı uzun müddətli etiraz mitinqləri keçirmişlər. Durumun daha ağır fəsadlara yol açacağını görən Pak Kın Xe prezidentlik kürsüsündən parlamentdə ona qarşı qaldırılam impiçmentdən sonar istefaya göndərilib.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

06:07