Görkəmli opera müğənnisi Şövkət Məmmədova anıldı

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın 120 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.

Tədbirdə çıxış edənlə görkəmli ifaçının həyat və yaradıcılığından danışıblar. Professor Şövkət Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edən nazir müavini onu sənətinə sadiq müğənni kimi səciyyələndirib. Onun həyatının keşməkeşli olmasına baxmayaraq o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Onun zəhməti aidiyyəti qurumlar tərəfindən yüksək qiymətləndirilib. Unudulmaz sənətkarın insani keyfiyyətlərindən söz açan nazir müavini onun pedaqoji fəaliyyətindən də danışılıb.
Sonra Şövkət Məmmədovanın Azərbaycan opera sənəti tarixindəki xidmətləri, habelə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında məlumat verilib.

Tədbir xalq artisti, dünyaşöhrətli maestro Rauf Abdullayevin bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Xudaferin.eu
“Bakı Bürosu”

09:16