Gəncədə xalq şairi Nigar Rəfibəyli anıldı

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə xalq şairi Nigar Rəfibəylinin doğum gününə həsr edilən tədbir keçirilib.

AYB-in Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova açaraq Nigar Rəfibəyli poeziyası haqqında məlumat verib. O, Gəncənin tanınmış nəsillərindən olan Rəfibəylilərdən, onların repressiyalara məruz qalmasından, Nigar Rəfibəylinin keçdiyi əzablı, keşməkeşli, lakin çox şərəfli həyat yolundan danışıb.

Tədbirdə çıxış edən digər natiqlər Nigar Rəfibəyli poeziyasının rəngarəngliyindən, onun tərcümə sahəsində gördüyü işlərdən söz açıblar. Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda Nigar Rəfibəyli adına 43 saylı orta məktəbin şagirdləri şairin şeirlərindən ibarət kompozisiya ilə çıxış ediblər.

Xudaferin.eu
“Gəncə Bürosu”

09:30