Gəncədə Mirzə Şəfi Vazeh adına muzey və park yaradılır

2017-ci ildə Gəncədə Mirzə Şəfi Vazeh adına muzey və park istifadəyə veriləcək. Səhər Mədəniyyət İdarəsindən XUDAFERİN.EU-ya bildirilib ki, Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdiriləcək. Bu məqsədlə Gəncədə XIX əsr Azərbaycanının mütəfəkkir şairi Mirzə Şəfi Vazehin adını daşıyan muzey və park yaradılır. Muzeydə şairin bədii irsini əks etdirən, ona Avropada böyük şöhrət qazandıran əsərləri, Almaniya Milli Kitabxanasından ölkəmizə gətirilən əlyazmaların surətləri, eləcə də digər nadir eksponatlar nümayiş etdiriləcək.

Xudaferin.eu
“Gəncə Bürosu”

20:00