Gəncə Dövlət Kukla Teatrı mövsümü “Məşədi İbad” tamaşası ilə açacaq

 

Gəncə Dövlət Kukla Teatrı sentyabrın 19-da 32-ci teatr mövsümünü Üzeyir Hacibəylinin “Məşədi İbad” tamaşası ilə açacaq.  Tamaşanın quruluşçu rejissoru əməkdar artist Rauf Avşarov, quruluşçu rəssamı Xatirə Avşarovadır.
 

Tamaşada rollarda əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov və gənc aktrisa Nərmin Şərifova iştirak edirlər. Mövsümün açılışına “SOS” uşaq kəndinin sakinləri və şəhid ailələrinin uşaqları da dəvət olunublar.
Qeyd edək ki, Gəncə Dövlət Kukla Teatrı Azərbaycanda uşaqlar üçün tamaşalar ifa edən ən qocaman teatr ocaqlarından biridir. Bu teatr demək olar ki, Azərbaycanın bölgələrində daim bir-birindən maraqlı olan tamaşalarla balaca tamaşaçıların sevimlisinə çevrilibdir.

Xudaferin.eu

 

12:34