“Gəlinciyim: gerçəkliyim, gələcəyim” sərgisi

 

 “NUR Art Hous” Qalereyasının sərgisi salonunda “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərgi açılıb. Qalereyanın baş direktoru, professor Röya Tağıyeva sərginin mahiyyətindən danışıb.

O, bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə həyata keçirilən “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı art-layihə böyük əhəmiyyət daşıyır.

Universitetin rektoru, professor Fərəh Hüseynova sərgidəki Aybəniz Yusubova və Gülbəniz Qəmbərova bacılarının müəllifləri olduqları “Xurşidbanu Natəvan”, “Xalçaçı qız”, “Muğam”, “Şərq gözəli” və s. gəlinciklərdə Bakı, Lənkəran, Naxçıvan, Şəki, Qəbələ zonalarına xas milli geyimlərin özünəməxsus cəhətlərinin öz əksini tapdığını bildirib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə yağışı, günəşi çağıran “kudul”, xeyir-bərəkət, uğur gətirən “Çömçəxatun” ayin gəlincikləri, “İnci”, “Sarı gəlin”, “Şahzadə”, “Mələk” və s. gəlinciklər Azərbaycan qadınının əzəmətini, zəngin geyimini, gözəl zövqünü təcəssüm etdirir. Professorlar Səbirə Dünyamalıyevanın milli geyimlərdən ibarət kolleksiyası və Rəna İbrahimbəyovanın “Kəlağayılar” kolleksiyası da sərgiyə xüsusi ab-hava gətirib. Sonda sərgi çərçivəsində xalça toxuma üzrə “Ustad dərsləri” keçirilib, milli rəqslər ifa olunub.

Xudaferin.eu

20:40