“Gələcəyin musiqi müəllimləri” adlı elmi-praktik konfrans keçirilib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Metodika və xüsusi pedaqoji hazırlıqkafedrasının təşkil etdiyiGələcəyin musiqi müəllimləriadlı elmi-praktik konfrans keçirilib.

Konfransda BMA-nın kafedra müdiri Elnarə Məmmədova çıxış edərək dərsin keçirilmə qaydası, işin qurulması, musiqi alətləri və əsərlər haqqında məlumat verib, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Tədbirdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib. Cəmilə Feyzullayeva Edvard Qriqin “Vals”, Nigar Qəmbərova Frederik Şopenin “Noktürn №1”, Nəzrin Abbasbəyli A.Azizovun “Prelüdlər”, Minirə Nəcəfzadə Frans Şubertin “Skerso VII 1”, Həlimə Kərimli Kosenkonun “Skerso” əsərlərini ifa ediblər.

Xudaferin.eu

09:59