Gallup: Ermənistanda səfalətli durum böhran həddində

Bu ölkənin vətəndaşları 80 faizi iqtisadi vəziyyəti pis və ya çox pis kimi qiymətləndirirlər

Ermənistan vətəndaşlarının 80 faizi iqtisadi vəziyyəti pis və ya çox pis kimi qiymətləndirirlər. İrəvanda fəaliyyət göstərən "aysor.am" saytının verdiyi məlumata görə, bunu jurnalistlərə "Gallup International Association"un Yerevan nümayəndəliyinin direktoru Aram Navasardyan deyib.

O, deyib ki: "Səs verənlərin 34,6 faizi ölkədəki hazırkı iqtisadi vəziyyəti çox pis, 37,3 faizi isə pis kimi qiymətləndirirlər. Səs verənlərin cəmi 0,7 faizi ölkədəki iqtisadi vəziyyəti çox yaxşı kimi dəyərləndirirlər".

TREND İA

 

10:35