G7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzalayıblar

 

“Böyük yeddilik” ölkələrinin liderləri İtaliyanın Taormina şəhərində keçirilən sammitdə terrorizm və ekstremizmlə mübarizə haqqında bəyannamə imzalayıblar. İmzalanma mərasimi sammitin mətbuat mərkəzində birbaşa yayımlanıb.

 

İtaliyanın Baş naziri Paolo Centiloni “Yeddiliyin” bəyannaməsini Mançesterdə terror aktından sonra Böyük Britaniya ilə güclü həmrəylik siqnalı kimi dəyərləndirib. O izah edib ki, sənəddə, həmçinin “Yeddilik” ölkələri liderlərinin internet-portallarını və böyük informasiya texnologiyaları kompaniyalarını terrorizmin yayılmasının qarşısını almağa cəlb etmək üçün səy göstərəcəkləri əksini tapıb.

Bir qədər əvvəl Böyük Britaniyanın Baş naziri Tereza Mey sosial şəbəkələrdə ekstremist xarakterli materiallar yerləşdirən istifadəçiləri blok etməyə imkan yaradan beynəlxalq kodun hazırlanması təşəbbüsü ilə çıxış etmişdi. Xatırladaq ki, G7-yə sənaye cəhətdən daha çox inkişaf etmiş ölkələr - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir.

Xudaferin.eu
“Avropa Bürosu”

09:36