Əfrasiyab Bədəlbəylinin 110 illiyinə həsr olunmuş konsert

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Əfrasiyab Bədəlbəyli adına 23 saylı Uşaq musiqi məktəbində görkəmli bəstəkar, dirijor, xalq artisti Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyinə həsr edilmiş konsert keçirilib.
 

Konsert bəstəkarın əsərlərindən seçilmiş musiqi parçaları və onun “Qız qalası” baletindən fraqmentlərin nümayişi ilə başlayıb. Daha sonra Əfrasiyab Bədəlbəyli adına məktəbin istedadlı şagirdlərinin ifasında Süleyman Ələsgərovun “Daimi hərəkət”, Maestro Niyazinin “Xoreoqrafik vals”, Tofiq Quliyevin “Azərbaycana gəlsin”, F.Şubertin “Ekspromt”, İ.Bramsın “Macar rəqsi ¹1”, V.A.Motsartın “Rondo”, V.Lobosun “Polişinel” əsərləri səsləndirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, paytaxtın musiqi və incəsənət məktəblərinin direktorları, digər qonaqlar iştirak ediblər.

Xudaferin.eu

09:33