Fransada Marina Le Penin siyasətinə etiraz etdilər

 

Fransanın Nantes (NOnt) şəhərində yaxınlaşan prezident seçkilərinin Avropa İttifaqı və miqrasiya əleyhinə ifrat sağçı namizədi Marina Le Penə qarşı etiraz aksiyası təşkil olundu.

Fransanın qərbindəki Nantes (NOnt) şəhərinin küçələrində qarışıqlıq yarandı.

İfrat sağçı Milli Cəbhə partiyasının mitinqi ərəfəsində şəhərdə etiraz aksiyaları keçirildi.

Nümayişçilər partiya sədri və yaxınlaşan prezident seçkilərinin ən güclü namizədi Marina Le Penin siyasətini tənqid etdilər.

Polislə nümayişçilər arasında toqquşma baş verdi. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdilər. Bu arada, Marina Le Penə seçkilər ərəfəsində məhkəmədən pis xəbər gəldi.
Le Penin yaxın yoldaşlarından birinə korrupsiya iddiası ilə istintaq açılıb. Le Pen də partiya iüzvlərinə dövlət büdcəsindən maaş ödəməkdə günahlandırılır. Fransada prezident seçkilərinin ilk mərhələsi aprel ayında keçiriləcək. Son ictimaiyyət yoxlamaları Avropa İttifaqı və miqrasiya əleyhinə ifrat sağçı namizəd Marina Le Penin Fransadakı seçkinin ilk mərhələsində ən çox səs alacağını göstərir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

10:09