Fransa prezidentlik yarışının sürprizi- Emmanuel Makron

 

Fransa yaxın prezidentlik tarixinin ən həyəcanlı yarışlarından birini yaşayır. Çoxlu sayda namizədin qatıldığı bu yarışda mərkəzçilərin nümayəndəsi olan Emmanuel Makron önə çıxmağa başlayıb.

 

Fransada “Harris” şirkəti tərəfindən aparılan və nəticələri bu gün elan edilən son ictimai araşdırmada, Makron 26% səs çoxluğu ilə ifrat sağçı namizəd Marine Le Peni bir xal keçərək önə çıxıb. “Harris”in araşdırmasına görə Makron ikinci turda səslərin 65%-ni alaraq Fransa prezidenti seçiləcək. Fransada prezident seçkisinin ilk turu 23 apreldə, ikinci turu isə 7 mayda olacaq. 39 yaşlı Makron ölkədə ardıcıl “hərəkət halında” olan bir siyasətçi kimi tanınır. Onun namizədliyi həm hökumətində vəzifə tutduğu sosialist solu, həm də mühafizəkar sağı qıcıqlandırır. Respublikaçı qanadın namizədi olaraq yarışan, ancaq Fransua Fillona uduzan köhnə Baş nazir Alen Jupp Makronun sosialist prezident Fransua Hollandı “kürəyindən bıçaqladığını” söyləmişdi. Bütün bunların arxasında isə gənc siyasətçinin güclü bir namizəd olması səbəbindən həm sağ qanadda, həm də siyasi karyerasının başladığı sol qanadda yaratdığı qorxu yatır.

Makron prezidentliyə namizədliyini açıqladığı çıxışında “məqsədim yalnız sol ilə sağı deyil, fransız xalqının hamısını birləşdirmək”dir deyib. Keçmiş səhmdar bankçısı olan Emmanuel Makron əvvəl Fransua Hollandın iqtisadiyyat müşaviri, daha sonra da 2014-cü ildə iqtisadiyyat naziri olub.
 

Azadliq.info

 

10:39