“ExxonMobil”in bu il qazma üzrə büdcəsinin üçdəbirini şist neftinə sərf edəcək

 

ABŞ-ın qabaqcıl enerji şirkətlərindən olan “ExxonMobil”in bu il qazma üzrə büdcəsinin üçdəbirini şist neftinin axtarışına sərf edəcək. Bunu “ExxonMobil”in icraçı direktoru Darren Vudz deyib.

“Şist nefti yatağında quyular qazıldıqdan sonra üç il ərzində hasilat fasiləsiz şəkildə davam edir və valyuta axını yaradır”, - deyə o bildirib.

Şirkət 6,6 milyard dollar büdcə ayırmaqla ən səmərəli yataqları olan Qərbi Texasın “Permian” sahəsində və Nyu-Mexikodakı qazma işlərini artıracaq.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

11:51