Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbsdən azad edilib

İrəvanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

Bu haqda xudaferin.eu Rusiya KİV-nə istinadən xəbər verir.

Prosesdə hakim David Qriqoryan Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib. 

Qeyd edək ki, bu il mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Onlar 2008-ci ilin mart hadisələrinə görə mühakimə olunurlar.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

 

xudaferin.eu

16:19