Ermənilər Cocuq Mərcanlının ətrafını yandırdılar

 

Erməni silahlı qüvvələrinin hərbçiləri Cocuq Mərcanlı kəndinin ətrafında yanğınlar törədib.

Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə, düşmən ordusu bu gün günorta saatlarından başlayaraq işğal altında olan Cəbrayıl rayonunun Mehtili və Çaxırlı kəndlərinin ərazilərinə od vurub. Yanğınların qısa müddət ərzində daha da şiddətlənib. Miqyası böyüyən yanğın cəbhəyanı yaşayış məntəqələrindən, habelə Cocuq Mərcanlı kəndindən açıq- aşkar müşahidə olunub.

Xatırladaq ki, düşmənin yanğınlar törətdiyi kəndlər Cocuq Mərcanlı kəndinə ən yaxın kəndlərdir. Video və fotomateriallar yaxın dəqiqələrdə təqdim ediləcək.

Cəbhə.info
Elgün Gəncimsoy,

Cəbrayıl

 

09:46