Erkin Qədirli: “Onlar Qarabağda ölmək istəmir”

 

“Suriya və Ermənistan erməniləri Qarabağda ölmək istəmirlər”.
Bu iddia ilə REAL Hərəkatı Ali Məclisinin sədri Erkin Qədirli çıxış edib.

Hərəkat yetkilisi qeyd edib ki, Azərbaycanın Ermənistana qarşı təzyiqləri öz müsbət nəticəsini verməyə başlayıb:  ““The Economist” yazır ki, Suriya erməniləri ata-baba yurdlarına qaçıb gəlir. Bizim torpaqları "ata-baba yurdları" adlandırmaqları başqa məsələdir. “The Economist”də də belə bir məqalənin getdiyinə narahat olmağı mənasız sayıram. Başqalarını qınamaqdansa, öz problemlərimizi həll etməyi, doğru addımlarımızı düzgün təqdim etməyi öyrənməliyik. Bu yazıda diqqətimi çəkən başqa nəsnə var. Yazır ki, Suriya ermənilərinin əksəriyyəti, hərbi xidmətə getməmək üçün Ermənistan vətəndaşlığını almaq istəmir. Səbəbini yazmır, amma aydındır - Qarabağda ölmək istəmirlər. Belələrin sayı Ermənistanın özündə də artacaq. Odur ki, ordumuzun vaxtaşırı işğalçı Erməni qüvvələrini vurması (o cümlədən snayper atışları) doğru taktiki gedişdir. Üstəlik, beynəlxalq vasitəçilərin və ayrı-ayrı təşkilatların buna qarşı olan çağırışlarına əməl etməməyimiz də doğru addımdır. İşğal işğalçı üçün baha başa gəlməsə, işğalçı özü bunu anlamasa, heç bir dinc danışıqlar problemi həll edəsi deyil”.

Mənsur

Cebhe.info

 

09:43